
İrandan Azərbaycana tiryək keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Orxan Qazıyevin üzərində gömrük nəzarəti zamanı ondan 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,494 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Həmçinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Ələkbər Ələkbərliyə məxsus çantaya gömrük baxışı keçirilib. Baxış zamanı çantadan gömrük nəzarətinə təqdim olunmayan 3 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, həmin əşyalar əzici-vurucu xassəyə malik soyuq silahlar hesab edilib.