İranda həbsdə olan azərbaycanlı partiya sədri Həsən Ruhaniyə açıq məktub yazıb

Hazırda həbsdə olan Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni İran prezidenti Həsən Ruhaniyə açıq məktub yazıb.
 
APA-nın məlumatına görə, məktub sentyabrın 23-də İranda yeni tədris ilinin başlanması ilə bağlıdır.
 
L.Həsəni məktubunda Urmiya gölündəki ekoloji vəziyyətlə maraqlandığına görə İran prezidentinə təşəkkür edib: “Hökumətinizin mütəxəssis dəstəyi və ciddi təhlükəsizlik tədbirləri görməklə bu böhranı nəzarət altında saxlaya biləcəyinə ümid edirəm. Siz həmçinin seçki kampaniyanız dövründə İranda yaşayan millətlərlə bağlı bir sıra məsələlərə toxunmusunuz və bu da təqdirəlayiqdir. Bir neçə gün sonra yeni dərs ili başlayacaq. Milyonlarla uşaq rəsmi dil olduğu üçün qeyri-ana dillərində oxuyacaqlar.
 
Bu məcburi tədrisə öz etirazımızı bildirmək məcburiyyətindəyik. Bir millətin öz ana dilindən təhsildən məhrum olması və yad dildə yazıb-oxumağa məcbur edilməsi irqçilikdir. Biz ana dilində təhsil haqqının fundamental insan hüquqları olduğunu bilirik. Lakin bununla belə, biz türklər və digər qeyri-fars millətləri (ərəblər, bəluclar və s.) uşaqlarımızı sentyabrın 23-də bir dilin hakim olduğu təhsil sisteminin ağuşuna atılmasına məcbur edilirik. Bu da uşaqlarımızın yaşam tərzinə mənfi təsir göstərir və bunun da zərərini ömür boyu çəkməli olurlar”.
 
Yeni GAMOH sədri həmçinin məktubunda qeyd edib ki, azərbaycanlılar öz fundamental hüquqlarını, o cümlədən ana dilində təhsil haqlarını əldə etmək üçün mədəni şəkildə fəaliyyət göstərirlər və öz etirazlarını dinc şəkildə bildirirlər: “Lakin bu cür dinc addımlara baxmayaraq onların hüquqları pozulur, azərbaycanlı fəallar hakimiyyət əleyhinə təbliğat aparmaq, milli təhlükəsizliyi pozmağa cəhd göstərməklə qeyri-qanuni qruplar təşkil etmək və digər saxta ittihamlarla tutulur, işgəncəyə məruz qalır və azadlıqdan məhrum olunurlar.
 
Ancaq bu gün azərbaycanlı fəalların susqunluq nümayiş etdirməsi repressiya ilə bağlı deyil. Narazılığın əhatə dairəsi genişdir və sentyabrın 23-də azərbaycanlıların bir dilin hakim olduğu təhsil sisteminə görə öz uşaqlarını məktəbə göndərməməsi yalnız simvolik hərəkət olacaq. Mən və partiyaya bağlı dostlar da istisna deyil. Çünki bizlər 9 il azadlıqdan məhrum edilmişik və hazırda Kərəcin Rəcayişəhr həbsxanasında sürgün həyatı yaşayırıq. Lakin ana dilində təhsil almaq türk uşaqlarının mədəni haqqıdır və sizi bu istiqamətdə praktiki addımlar atmağa çağırıram. Sizə uğurlar arzulayıram”.
 
L.Həsəni məktubunun sonunda bu məsələyə öz açıq etirazını bildirməsinin hər bir azərbaycanlının mənəvi borcu sayıb: “Biz 23 sentyabr yeni dərs ilinin başlanması və qeyri-fars millətlərinin öz ana dilində təhsil almaq hüququndan məhrum edilməsinə etiraz olaraq üç gün səssiz aksiya keçirəcəyimizi bəyan edirik. Bu yeni aksiyanın İranda yaşayan qeyri-fars millətlərinə qarşı qeyri-humanist davrananları qəflət yuxusundan oyadacağına ümid edirəm. Çünki İran hökuməti illərdir milli məsələlərə səssiz qalır”.
 
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridir. 
 
Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçiriblər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı fəallar 27 gündən sonra aclıq aksiyasına son veriblər.

əsas linklər