Bu gün Güneydə Azərbaycan Öyrəncisi Günüdür

Güney Azərbaycan öyrəncilərinin mərkəzi hökumət və onun rəsmi orqanlarıın ayrı-seçkilik siyasətinə qarşı başlatdıqları sistemli etiraz hərəkatından 24 il ötür.

 

1995-ci il (hicri-şəmsi təqvimi ilə 1374-ci il) Təbriz və digər Azərbaycan universitetlərinin türk öyrənciləri, öyrənci mübarizəsində yeni tarixin təməlini qoyublar. Bu gün hər il türk öyrənciləri tərəfindən “Öyrənci Günü” kimi qeyd olunur.

 

1995-ci ilin may ayında İran Teleradio Şirkətinin tədqiqat mərkəzi Tehran və Qum şəhərlərində türk millətini aşağılayan anket yayıb.

 

Anketdə belə suallar yer alıb:

-        Evlənmək istəsəydiniz, bir türk ilə ailə qurardınızmı?

-        Qızınızın bir türk ilə qailə qurmasını istərdinizmi?

-        Aşura və tasua mərasimi kimi xüsusi yığıncaqlarda türklərlə bir arada olmaq istərdinizmi?

-         Qonşunuz türk olusaydı, onların mərasimində iştirak edərdinizmi?

-        Bir türk ilə həmkar olmaq istərdinizmi?

-        Əksəriyyəti türk olan bir məhəllədə yaşamaq istərdinizmi?

-        Bir türk ilə münasibət qurub, onu qonaq çağırıb və ya qonağı olmaq istərdinizmi? Və s.

 

Bu anket yayıldıqdan sonra türk öyrəncilər İranın müxtəlif universitetlərində etiraza qalxıb, dinc keçirilən etiraz təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi ilə nəticələnib. Öyrəncilər keçirdikləri aksiyalarda şovinizmə qarşı şüar səsləndiriblər.

 

Öyrəncilərin etirazından sonra dövlət radiosu yayılan anketi xaric ölkələrə bağlayaraq bildird ki, məqsəd ölkədə milli birliyi pozmaqdır.

 

Radioda qeyd olundu ki, bu məsələ ilə bağlı günahkarlar cəzalandırılacaq, lakin uzun illər keçməsinə baxmayaraq anketin müəllifi məlum olmadı və bununla bağlı kimsə cəzalandırılmadı. Soydaşlarımız  o gündən mayın 9-nu Güney Azərbaycanda “Öyrənci Günü” kimi qeyd etməyə başlayıb.

əsas linklər

     

 

 

 

Döviz Kuru