“Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

“Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi  “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarışdır. Bu, həmçinin,  son görüşlərdə qəbul edilən birgə bəyanatlarda əks olunan əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir”. Modern.az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat katibi bildirib.

Məlumatda bildirilir ki, hadisələrin bundan sonrakı mümkün  inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: “Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.

əsas linklər

Döviz Kuru