Təbriz ətrafında yerləşən evlərin uçma təhlükəsi yaranıb

Bu ilin mart-aprel aylarında yağışlar nəticəsində Təbrizin Şəhid Beheşti dağında yerləşən bir neçə ev dağılmışdı. Hazırda isə ara-sıra yağışların yağmasına görə, hələ də onlarla ev uçma təhlükəsi ilə üz-üzədir.

 

İran Dövlət Teleradio Şirkətinin Təbrizin qeyd edilən bölgəsindən hazırladığı video xəbərdə də burada evlərin acınacaqlı vəziyyətdə və hər an uçmağa hazır olmasını müşahidə etmək olur.

 

Xatırladaq ki. mart-aprel ayları ərzində yağan güclü yağışlar nəticəsində Təbrizdə 5 fərdi yaşayış evi tamamilə dağılmışdı. Eləcə də, güclü yağış və daşqınlar nəticəsində Güney Azərbaycanın əksər şəhərlərində ciddi fəsadlara yol açıb, yaşayış evlərinə və təsərrüfatlara ciddi zərər dəymişdi.

əsas linklər

     

 

 

 

Döviz Kuru