Xoyda sel baş verib- Ölənlər var- FOTOXoyda sel baş verib- Ölənlər var- FOTO

Xoyun Qotur ərazisində baş verən güclü yağış və qəfil sel nəticəsində 3 nəfər həyatını itirib.

 

Hadisə dünən, iyunun 28-də baş verib. Xoyun icra hakimi Məhəmməd Abidi bildirib ki, bu acı hadisə nəticəsində 1-i hamilə qadın olmaqla, daha bir qadın və oğlan uşağı ölüb.

 

Abidi əlavə edib ki, həmin şəxslər bu bölgədə olan isti su çeşmələrindən istifadə etmək üçün ailəvi buraya gəlibmişlər və Qotur çayının üzərində inşa edilmiş körpülərdən birinin altında dayanıbmışlar. Qəfil yağış başlaması və bundan sonra Qotur çayının daşması nəticəsində selin caynağından yaxa qurtara bilməyiblər.

 

Ölənlərin cəsədləri 1 saat axtarışdan sonra Kəfərəcin körpüsü tərəfdə tapılıb. Sel nəticəsində 2 nəfər də yaralanıb və xəstəxanaya yerləşdiriliblər.

 

İcra hakimi vətəndaşlara xitabən bildirib ki. bu fəsldə dağlıq bölgələrdə qəfil leysan yağışlarının yağması və sel baş verməsi ehtimalı yüksək olduğundan, çay yataqlarına yaxın hissələrdə dincəlməsinlər.

 

 

əsas linklər

     

 

 

 

Döviz Kuru