
İran rejiminin Qərbi Azərbaycanı kürdləşdirmə planı sürətlə davam edir.
Rejim həmin plan çərçivəsində başqa bölgələrin köçəri kürdlərini məskunlaşdırma layihəsi adı altında Azərbaycan şəhərlərində yerləşdirir. Belə ki, 20 il öncədən Ağrı Dağının ətəklərində köçəri həyat sürən kürdləri Azərbaycanın Poldəşt şəhərinə köçürdüb. Rejim bu şəhərdə Milad şəhərciyi tikib və bölgənin əkin ərazilərini bölərək pulsuz şəkildə kürdlərə paylayıb. Hər 100 baş qoyuna 5 hektar otlaq sahəsi verilib. Şəhərciyin 200 hektar sulu əkin ərazisi, 20 hektar üzün və alma bağları və digər imkanları mühacir kürdlərin ixtiyarına verilib. Hazırda şəhərcikdə təxminən 3500 nəfər yəni 500 mühacir kürd ailəsi yaşayır. Bölgənin bütün imkanları kürdlərin ixtiyarına verildiyi halda bölgənin azərbaycanlılar yaşayan kəndləri bütün imkanlardan məhrumdur.
Rejim beləliklə Qərbi Azərbaycan ərazilərini kürdləşdirməyə çalışır.