İranda son etirazlara qatılanların kütləvi həbsinə başlanılıb

İranda benzinin qiymətinin artmasına qarşı ölkənin yüzdən çox şəhərində keçirilən və az sonra molla rejiminə qarşı yönələn kütləvi etirazlara qatılanların kütləvi həbsinə başlanılıb.

 

İranın hüquq mühafizə qüvvələri və təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, son iki gündə ölkənin müxtəlif şəhərlərində 50-dən çox etirazçı tutularaq həbsə salınıb.

 

Tehran əyalətinin qərb bölgəsinin hüquq mühafizə qüvvələrinin komandanı Möhsün Xançərli noyabrın 28-də jurnalistlərə açıqlamasında etirazçıları “iğtişaşçı” adlandıraraq, təkcə Tehranda 30 nəfərin həbs edildiyindən xəbər verib: “Son etirazlarda iğtişaş və təxribat törədərək etirazçıları yönləndirənlərdən 30-unun kimliyi müəyyən edildikdən sonra əməkdaşlarımız tərəfindən həbs edilib. Həbs edilənlər etirazlarda iğtişaş və təxribat törətməkdə və polis əməkdaşlarına qarşı hücumda günahlandırılır” –deyə, Tehran əyalətinin polis komandanı Möhsün Xançərli əlavə edib.

 

İsfahan əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Mehdi Məsum Beygi isə jurnalistlərə deyib ki, polis və təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyatda “iğtişaşların” əsas səbəbkarlarından olan 7 nəfər həbs edilib: “Əməkdaşlarımız ictimayi asayişi pozaraq iğtişaşlar törədən, dövlət əmlakına ziyan vuran həmin “ünsür”ləri gizləndikləri yerlərdə yaxalayıb. Tutulanlar isə öz cinayətlərini etiraf ediblər” –deyə, İsfahan hüquq mühafizə qüvvələrinin komandanı Mehdi Məsum Beygi bəyan edib.

 

Fars əyalətinin hüquq mühafizə qüvvələrinin komandanı Rəham Bəxş Həbibi isə həmin gün jurnalistlərlə görüşündə deyib ki, Şirazda iğtişaşlar törən və əcnəbi düşmən şəbəkələri ilə əlaqədə olanlardan 11-i polis əməkdaşları tərəfindən saxlanılıb: “Tutulanlar dövlət əmlakına ziyaxn vurmaqda və xarici düşmən şəbəkələri ilə əməkdaşlıqda günahlandırılırlar” –deyə, polis komandanı Rəham Bəxş Həbibi bildirib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu və 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

əsas linklər

     

 

 

 

Döviz Kuru