Azərbaycanlı tələbə Türkiyədə öldü

Türkiyədə binadan yıxılaraq dünyasını dəyişən azərbaycanlı tələbə İsmayıl Əmrahov mərhum balabançı Əliməmməd Əmrahovun nəvəsidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Virtualaz.org məlumat yayıb.

Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci il təvəllüdlü İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib.

İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi olub, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsi atasının müşayiəti ilə artıq Bakıya gətirilib.

Mərhum bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.

əsas linklər

     

 

 

 

Döviz Kuru