İzmirdə İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib – Foto

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən İmadəddin Nəsiminin 650-ci il dönümü münasibətilə tədbir təşkil olunub. 

Bu barədə NewsAze-ye diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. 

Nazim Hikmət Mədəniyyət Mərkəzində baş tutan tədbirdə hər iki ölkənin himnlərinin səslənməsinin ardından cəmiyyətin sədr müavini Cavid Əliyev, 2019-ci ili Azərbaycanda və TÜRKSOY daimi şurası tərəfindən Nəsimi anma ili elan olunduğunu bildirib. Çıxışının davamında bu məqsədlə il bitmədən bu tədbiri təşkil etdiklərini, məqsədlərinin Nəsimi irsinin tanıdılması və gələcək nəsillərə ötürülməsi olduğunu söyləyib. 

Dokuz Eylül Universiteti İncəsənət fakültəsinin müəllimi Nərminə Zeynalova Özlük Azərbaycan musiqisində Nəsimi mövzusunda çıxışının ardından Ege Universitetinin müəllimi Prof. Dr. Mehmet Təmizkan “Nəsiminin türk ədəbiyyatı tarixində yeri” mövzusunda konfrans verib. 

Çıxışlar və konfransın ardından sonra Nərminə Zeynalova Özlük tərəfindən edilən, Dokuz Eylül Universitetinin incəsənət fakültəsinin tələbələrinin yer aldığı, Nəsimin şeirlərinə bəstələnmiş əsərləri ifa ediblər. Konsert izləyicilər tərəfindən alqışlarla qarşılanıb. 

Tədbirdə eyni zamanda Nəsimi şeirləri səsləndirilib və Nəsimi filmindən fraqmentlər də nümayiş etdirilib.

əsas linklər

     

 

 

 

Döviz Kuru