Koronavirus Güney Azərbaycan şəhərlərini bürüyür

Son bir neçə gün ərzində Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan soydaşlarımızın sayı kəskin artmaqdadır, artıq Qəzvin Əyalətində də viris daşıyıcılarından birinin öldüyü bildirilir.

Təbriz Tibbi Universitetinin rəisi dünən Səhənd telekanalına verdiyi müsahibədə təmsil etdiyi əyalətdə 15 nəfərin virusa yoluxduğunu, 3 nəfərin isə virusdan öldüyünü bəyan edib.

“Əyalətin bütün bölgələrində koronavirus problemi yaşanır. Şəhərlərdə xəstəxanaya yerləşdirilən xəstələrdən 10 dəfə çox virus daşıyıcısı var. Onlar xəstəliyi yaya bilərlər. Təbriz, Marağa, Şəbistər, Həştrud, Binab, Miyana və Sarab şəhərlərində bu problem aktualdır.”- deyə Məhəmməd Hüseyn Somi bildirib.

Universitet rəisinin sözlərinə görə, virusun yayılması ilə bağlı gələcək iki həftə Şərqi Azərbaycan üçün xüsusi əhəmmiyyət daşıyır.

Bu arada Qəzvin Əyaləti Koronavirus Köhranı üzrə Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təmsil etdiyi əyalətdə ilk koronavirusa yoluxan şəxsin Qəzvinin “Bu Əli” xəstəxanasında öldüyünü bildirib.

Bu barədə “İrna” xəbər agentliyinə danışan Hüseyn Biniyaz koronavirusdan ölən şəxsin 85 yaşlı kişi olduğunu bildirib.

Hüseyn Biniyaz qarşıdakı həftənin soyuq keçəcəyini diqqətə çatdıraraq soyuq hava şəraitinin virusun yayılmasında təsiri olduğunu bildirib və əhalidən imkan daxilində evdən çıxmamalarını istəyib.

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhər karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb. Hər gün virusa yoluxan xəstələrinin sayının artdığı, bir neçəsinin isə öldüyü barədə məlumat yayılır./gunaz.tv/

əsas linklər

     

 

 

 

Döviz Kuru