
Rəşt türklərinə məxsus ""Oyaq" Mədəniyyət Mərkəzinin fəaliyyət lisenziyası ləğv edilib.
Qurum Quzey Azərbayacan Ordusunun Qarabağın azadlığı yolunda keçirdiyi hərbi əməliyyatlara dəstək verdiyi üçün təhlükəsizlik orqanlarının təzyiqi ilə bağlanıb.
Qeyd etmək lazımdır ki, oktyabrın 18-də Güney Azərbaycanın şəhərlərində İranın qəsbkar Ermənistana rejiminə göstərdiyi hərbi və logistik yardımlara qarşı keçirilmiş etiraz aksiyası ilə eyni zamanda Rəşt türkləri də Gilan Mədəniyyət Baş İdarəsinin binasının qarşısına toplaşaraq bu köməklərə etiraz ediblər.
Həmin etiraza görə Rəştdə yaşayan bir neçə güney azərbaycanlı milli- mədəni fəal həbs edilib.