İranlı general Azərbaycan sərhəddinə qoşun yığdıqlarını təsdiqlədi

İran Ordusunun Şimal-Qərb Qərargahının komandiri: Sərhəddə yaşayan vətəndaşların təhlükəsizliyi prioritetimizdir.

Noyabrın 5-i cuma günü İran ordusunun şimal-qərb qərargahının briqada generalı Əli Hacilu jurnalistlərlə görüşündə, Araz qırağına, İran-Azərbaycan sərhəddinə zirehli texnika və artilleriya bölmələrinin göndərildiyini təsdiqləyib.

O , Ermənistan və Azərbaycan arasında baş verən hərbi qarşıdurmaya toxunaraq, sərhəddə qoşun yığmaqlarından məqsədin “sərhədd bölgəsində yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək”dən ibarət olduğunu bildirib.

Biriqada komandiri əlavə edib: “Şimal-qərb qərargahı sərhəd bölgəsində tədbirlər görmək üçün üçün lazim olan qüvvələri hazırlayıb. Bundan öncədə bir sıra qüvvələrimiz, o cümlədən şimal-qərb bölgəsinin zirehli bölmələri bu missiyada cəlb olunmuşdular.”

O sonda qeyd edib ki; “İran İslam Respublikasının ordusu konstitusiyanın prinsiplərinə söykənərək, “islam ölkəsinin” müdafiəsi, sərhədlərinin qorunması , hər növ hücum və basqınların qarşısının alınması üçün məsuliyyət daşıyır.”

Qeyd etmək lazimdir ki, Azərbaycan Ermənistan ordusunun təxribatları və hücumlarıının qarşısını almaq məqsədilə sentyabr ayının 27-dən əks-hücum əməliyyatları keçirir./gunaz.tv/

Bu müddət ərzində bir çox ərazilərlə yanaşı İran-Azərbaycan sərhəd zolağında yerləşən Füzuli, Cəbrayıl, Zəngilan rayonlarıda işğaldan azad edilib. Azərbaycan ordusunun bu uğurlarından sonra İran hökuməti işğaldan azad edilmiş rayonlarla sərhəddə davamlı olaraq qoşun bölmələri və ağır hərbi texnika toplayır.

Məsələnin Azərbaycan və dünya mətbuatında hallanmasına baxmayaraq İran tərəfi indiyədək buna rəsmi açıqlama verməmişdi.

Biriqada komandiri Əli Hacilunun bu açıqlaması öz növbəsində ilk rəsmi açıqlama hesab edilə bilər.

İran Ordusunun Şimal-Qərb Qərargahının komandiri: Sərhəddə yaşayan vətəndaşların təhlükəsizliyi prioritetimizdir.

Noyabrın 5-i cuma günü İran ordusunun şimal-qərb qərargahının briqada generalı Əli Hacilu jurnalistlərlə görüşündə, Araz qırağına, İran-Azərbaycan sərhəddinə zirehli texnika və artilleriya bölmələrinin göndərildiyini təsdiqləyib.

O , Ermənistan və Azərbaycan arasında baş verən hərbi qarşıdurmaya toxunaraq, sərhəddə qoşun yığmaqlarından məqsədin “sərhədd bölgəsində yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək”dən ibarət olduğunu bildirib.

Biriqada komandiri əlavə edib: “Şimal-qərb qərargahı sərhəd bölgəsində tədbirlər görmək üçün üçün lazim olan qüvvələri hazırlayıb. Bundan öncədə bir sıra qüvvələrimiz, o cümlədən şimal-qərb bölgəsinin zirehli bölmələri bu missiyada cəlb olunmuşdular.”

O sonda qeyd edib ki; “İran İslam Respublikasının ordusu konstitusiyanın prinsiplərinə söykənərək, “islam ölkəsinin” müdafiəsi, sərhədlərinin qorunması , hər növ hücum və basqınların qarşısının alınması üçün məsuliyyət daşıyır.”

Qeyd etmək lazimdir ki, Azərbaycan Ermənistan ordusunun təxribatları və hücumlarıının qarşısını almaq məqsədilə sentyabr ayının 27-dən əks-hücum əməliyyatları keçirir.

əsas linklər