Azərbaycan ordusunun möhtəşəm qələbəsinin böyük bayramına çağırış

Azərbaycan dövləti və Azərbaycanın qəhrəman ordusunun qələbəsini qutlamaq münasibətilə, bü gün, 11 noyabr 2020-ci il çərşənbə günü, yerli vaxtla saat 19:00-da Güney Azərbaycan və İranın türklər yaşayan şəhərlərinin bütün meydanlarında həmrəylik bayramı keçiriləcəkdir.

 

Birlik və milli iradəni göstərmək üçün, bütün Azərbaycan türkləri “dəstək və həmrəylik” tədbirlərinə qoşulmağa çağrılır.

 

Covid-19-a qarşı bütün təhlükəsizlik və sağlamlıq qaydalarını riayət etmək şərtilə, Azərbaycanın müqəddəs bayraqları və başqa bayram, şənlik vasitələri ilə bu aksiyalara qatılaraq bir daha birlik və milli iradəmizi nümayiş etdirəcəyik.

əsas linklər