İranda üçü qadın olmaqla, 12 nəfər edam edilib

Onlardan 8-i Yəzd şəhərinin mərkəzi həbsxanasında narkotik maddələrin qaçaqmalçılığında, 4 nəfəri isə Qəzvin şəhərinin mərkəzi həbsxanasında qətldə günahlandırılaraq asılıb.

Yəzddə edam olunanlardan 3-ü qadındır. Onların ad və soyadlarının yalnız baş hərfləri qeyd olunub.

Qərarlar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 19-da və 21-də icra edilib.

Qeyd edək ki, Həsən Ruhani prezidentlik vəzifəsinin icrasına başlayandan indiyədək İranda 100-ə yaxın adam edam edilib.

əsas linklər