
Azərbaycan Respublikası ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində, Bakı vaxtı ilə günorta saat 12:00-da (Təbriz vaxtı ilə 11: 30-da) Qarabağ şəhidlərinnin xatirəsi bir dəqiqəlik sayqı duruşu ilə yad edildi.
Güney Azərbaycan türkləri Azərbaycanın bayraqları və “Traxtur” komandasının bayrağını götürüb hərbi salam verməklə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda şəhid olan qəhrəmanların xatirəsini andılar.
Qarabağın azad edilməsi əməliyyatı zamanı 2783 Azərbayca əsgəri şəhid olub. 103 nəfər itkin düşdüyü, 1245 nəfərin yaralandığı bildirilir./gunaz.tv/