
“Korono_Milli_Məhbuslari” həştəgı ilə minlərlə “twit”in qeydə alındığı bu “Twitter” fırtınasında, İran məhkəmə orqanlarından ölkənin müxtəlif həbsxanalarında bütün hüquqlarından məhrum vəziyyətdə saxlanılan və koronovirus təhlükəsi ilə qarşılaşan azərbaycanlı mədəni fəalları tibbi məzuniyyətə göndərmək istənilib.
Son günlərdə Ərdəbil həbsxanasında həbsdə olan türk mədəni aktivistlərin vəziyyətinin pisləşməsi barədə bir çox məlumatlar yayılıb.
Türk siyasi məhbuslar arasında həbsinin səkkizinci ilini çəkən və daha əvvəl məhdud şəkildə məzuniyyətə buraxılan Kərəcdəkı “Rəcayi Şahr” həbsxanasında saxlanılan Yeni Gamuh (Güney Azərbaycanın Yeni Oyanış Partiyası) partiyasının baş katibi Lətif Həsəninin adı heç vaxt koronovirsua görə tibbi məzuniyyətə buraxılanlar siyahısında olmayıb.
Tehranın “Fəşafuyə” həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi İran məhkəmə sisteminin rəhbərinə göndərdiyi məktubda koronovirusa günlərində azərbaycanlı məhbuslara qarşı aparılan ayrı-seçkilik siyasətini utanc verici adlandıraraq bununla bağlı tədbir görməəyə çağırıb.
Tehrandakı “Evin” həbsxanasında saxlanılan "Tohid Əmir Əmini" tutulduğu, mühakimə olunduğu gündən etibarən bütün hüquqlarından məhrum edilmiş və heç zaman adı məzuniyyətə buraxılan məhbuslar siyahısına salınmayan başqa bir Türk siyasi məhbusdur.
Son günlər Ərdəbil həbsxanasının 2-ci bölməsində həbsdə olan türk fəal Əli Vasiqi 4 dekabr 2020-ci il tarixində ailəsi ilə telefon əlaqəsi zamanı, öskürək, baş və əzələ ağrılarının olduğunu bildirərək koronovirus infeksiyasına yoluxduğundan şübhələndiyini bildirmışdı. Onun fiziki vəziyyətinin hələdə yaxşı olmadığına baxmayaraq həbsxana rəhbərliyi milli fəalı tibbi məzuniyyətə göndərməkdən imtina edir.
Tehranın Evin Həbsxanasında cəzasını çəkən Zəncandan olan başqa bir türk tələbə və Tehran Universitetinin həmkarlar ittifaqı fəalı Pərisa Rəfiinin də adı tibbi məzuniyyətə buraxılmalı olan siyasi məhbuslar siyahısından çıxarılıb.
Xanım Rafiei, yaşının az olmasına baxmayaraq həmişə təhlükəsizlik qüvvələrinin qəzəbinə tuş gəlib. O qadın həbsxanalarında məmurların məhbus qadınlara qarşı özbaşına hərəkətlərini ifşa etdiyi üçün müxtəlif ittihamlarla üzləşib və mühakimə olunub.
Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan başqa bir mədəni fəal Yusif Kari də ailəsi və dostları ilə ayrı-ayrı təmaslarda, özünün və tanınmış azərbaycanlı məhbus Abbas Lisaninin sağlıq durumunun pisləşdiyini bildirib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər şəhərlərinin azad edilməsi əməliyyatları zamanıdan bəri Abbas Lisaninin ailəsi ilə görüşünə və telefon danışığına qadağa qoyulub. Hal-hazırda A.Lisaninin fiziki vəziyyətinin pisləşdiyi və koronovirus təhlükəsi ilə üzləşdiyi bir şərayitdə də bu qadağa davam edir.