Ermənilər cəbhə xəttində gərginliyi davam etdirirlər
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən isə Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

əsas linklər