
"Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramını şənbə günü Azərbaycanın ötən payız müharibəsində Ermənistan silahlı qüvvələrindən aldığı mədəni cəhətdən önəmi olan Şuşanın qarşısında təntənəli tonqal qalayaraq qeyd edib".
APA xəbər verir ki, bunu "Washington Post" "Associated Press" agentliyinə istinadən yazıb.
"Əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa 1992-ci ildə separatçıların Dağlıq Qarabağ uğrunda apardığı döyüşlərdə Ermənistanın nəzarətinə keçib. Şəhərin noyabr ayında Azərbaycan qüvvələri tərəfindən geri alınması bölgənin yaxınlığındakı Stepanakertin (Xankəndi) üstündə yerləşdiyinə görə həm simvolik, həm də strateji baxımdan vacib idi", - deyə yazıda qeyd olunub.
Daha sonra məqalədə qeyd edilir ki, "ötən il 6000-dən çox insanın öldüyü altı həftəlik müharibədə Azərbaycan Dağlıq Qarabağ və ermənilərin nəzarətindəki ətraf ərazilərin çox hissəsinə nəzarəti bərpa edib".