
Gürcüstan Milli İmtahanlar Mərkəzindən verilən məlumata görə, bu ölkənin ali məktəblərinə qəbul imtahanları iyunun 27-də başlanacaq və iyulun 17-də başa çatacaqdır.
Mərkəzin məlumatında o da qeyd edilir ki, cari ildə tələbə adı uğrunda 42 min nəfər abituriyent mübarizə aparacaq, magistratura imtahanlarında isə 10 min namizəd iştirak edəcəkdir.
Bunların ötən illərlə müqayisədə xeyli çox olduğu bildirilir.