
Urmu gölünün qurudulması nəticəsində cümə günü axşam güclü külək göl ətrafı şəhər və kəndlərdə duz fırtınasına səbəb olub.
İnsanların və bütün canlıların sağlamlığına ciddi zərər vuran duz fırtınaları artıq Təbriz və bütün göl ətrafı şəhər və kəndlərin əkin ərazilərini məhv etməyə başlayıb.
Dünən axşam artıq Təbriz və bütün göl ətrafı şəhər və kəndlər həmin qorxunc duz fırtınasının başlanmasını təcrübə edib. Şərqi Azərbaycan Əkinçilər üzrə idarəsinin (Cəhade Keşavərzi) rəisi Məsud Məhəmmədian isə xəbərdarlıq edib ki, bölgədə əsən küləklər quruyan gölün duzunu əkin əraziləri və bağlara səpir.
Bu da əkin və bağçılığı məhv edəcək. Ona görə də bölgə ekoloji, kənd təsərrüfatı, iqtisadi və ictimai cəhətdən böyük fəlakətlə üzləşəcək.
Qeyd edək ki, İran rejimi yanlış siyasətlə gölə tökülən çayların qarşısına sədd vurmaqla gölü qurudub və Azərbaycanı böyük fəlakət qarşısında qoyub.