Ermənistanda müharibə təhlükəsi

"Qarabağ" komitəsinin sabiq üzvü Aşot Manuçaryan dünya güclərini Ermənistanda müharibə alovlandırqmaqda ittiham edib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə o, beynəlxalq güclərin oyun apararaq Ermənistanda daxili siyasətə neqativ təsir etdiklərini bildirib.

"Ermənistan rusiyameyilli və avropameyilli qüvvələrin döyüş mərkəzinə çevrilə bilər. Ancaq bu vəziyyətdən çıxış yolu da var. Biz yarırus, yarı da avropalıyıq. Hadisələrə bu cür yanaşaraq toqquşmadan qaçmaq olar", - deyə Aşot Manuçaryan bildirib.

Qeyd edək ki, Aşot Manuçaryan Ermənistanda obyektiv analizləri ilə seçilən barmaqla sayıla biləcək siyasətçilərdənir. O, dəfələrlə Ermənistanın müstəqil dövlət olmadığını və bu cür siyasətlə ölkəsinin uçuruma doğru getdiyini bəyan edib. O, Ermənistanın siyasətinin dəyişməyinin ölüm-dirim məsələsi olduğunu bildirir. 

əsas linklər