Kanadanın xarici işlər naziri: “İranın həll yolu tapmaq üçün iki-üç ay vaxtı var”

“İranın nüvə proqramı ətrafında yaranmış narahatlığa müzakirələrlə bir həll yolu tapmaq üçün iki-üç ay vaxtı var”.

“Fars” xəbər agentliyinin məlumatına görə, bunu Kanadanın xarici işlər naziri Con Berd “Israel Times” qəzetinə müsahibəsində bildirib.

 Onun sözlərinə görə, əks təqdirdə İran bu müddətin sonunda qarşılaşacağı nəticələrlə barışmalıdır. C. Berd deyib ki, İranda Həsən Ruhaninin yeni prezident seçilməsi Qərb ölkələrindən daha çox səbir tələb etmir: “Çünki Həsən Ruhani İranın nüvə proqramına bələd insandır”.

əsas linklər