Türkiyə ilə Azərbaycan beynəlxalq teatr festivallarında birgə iştirak edəcək

Türkiyə ilə Azərbaycan beynəlxalq teatr festivallarında birgə iştirak edə biləcək.

Bu haqda TurkicWorld-ə Türkiyənin Turizm və Mədəniyyət nazirliyindən bildiriblər.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, hal-hazırda bu sözügedən məsələ ilə bağlı Türkiyə Mədəniyyət nazirliyi ilə Azərbaycan Mədəniyyət nazirliyi arasında danışıqlar aparılır.

Danışıqların yekunu kimi, Türkiyənin Dövlət Teatrları baş idarəsi nəzdində təşkil edilən, beynəlxaq teatr festivallarına və eləcə də Beynəlxalq “Qara dəniz” teatr festivalına Azərbaycan Milli Akademik Dram teatrı və digər Azərbaycan teatrları qatıla biləcək.

“Azərbaycan və Türkiyə bir çox sahədə sıx əməkdaşlıq edir. Tərəflər arasındakı mədəniyyət və turizm sahəsində əməkdaşlıq da güclənəcək” -deyə nazirlikdən bildirilib.

əsas linklər