Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili ilə bağlı imza toplama aksiyası

“Müasir İnkişaf” İctimai Birliyinin 2010-cu ildən etibarən Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili ilə bağlı başlatdığı ictimai dəstək kampaniyası və imzatoplama aksiyası davam edir. Bir neçə ay ərzində kampaniyaya bir sıra qeyri-hökumət təşkilatları və KİV-lər də qoşulmuşdur.

Kampaniyaya yeni qoşulmuş təşkilatlar bunlardır: “Difai” qəzeti, Milli Dəyərlər Mərkəzi, “Gənclərin Töhfəsi” İctimai Birliyi, “Gəncliyə Dəstək İctimai Birliyi, “Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyi, “AqRa” Elmin İnkişafına Dəstək Birliyi, “Naşir” jurnalı, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi.

Məlumat üçün bildirək ki, artıq 3 ilə yaxındır Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili, Ortaq Türk Tarix kitabı, Ortaq Türk Ədəbiyyat kitabı ilə bağlı davam edən kampaniyaya Azərbaycanda və Türkiyədə yüzdən çox ictimai birlik, KİV, siyasi partiya, millət vəkili imza ataraq dəstək olmuşdur.

Nəticədə mərkəzi qərargahı İstanbulda yerləşən Türk Dövlətlərinin Əməkdaşlıq Şurası ideyaya dəstək verdiyini rəsmi şəkildə bildirmişdir. 2013-cü ilin aprel ayında isə prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında ortaq əlifba və ortaq dil məsələsi də özünə yer almışdır.

əsas linklər