Şuşanın UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi ilə bağlı iş aparılır

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən iş aparılır.

Qeyd edək ki, 49 şəhər UNESCO-nun Baş Direktoru Audrey Azulenin qərarı ilə Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) qoşulub. Hazırda şəbəkə 90 ölkədən 295 şəhəri əhatə edir. Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradıb və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.

 

Xatırladaq ki, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür. Lənkəran şəhəri isə bir neçə gün əvvəl “qastronomiya” tematikası üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulub.

əsas linklər