"Facebook" İqor Korotçenkonun ermənilərin şikayətinə görə bağlanmış səhifəsini bərpa edib

"Facebook" sosial şəbəkəsi Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenkonun ermənilərin şikayətinə görə bağlanmış səhifəsini bərpa edib.

Bu barədə İ.Korotçenko öz "Telegram" kanalında bildirib.

"Sosial şəbəkədəki səhifəmin bağlanması ilə bağlı KİV-lərin reaksiyası, bloqlarda və "Telegram"da yazılar sayəsində "Facebook" bloku qaldırdı. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm!", - deyə ekspert bildirib.

Qeyd edək ki, bu gün İ.Korotçenko "Niyə 30 il ərzində ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində hər şeyi dağıdıb və heç nə inşa etməyib?" sualına görə "Facebook" səhifəsinin üç gün müddətində bağlandığını bildirmişdi.

əsas linklər