TÜRKPA-nın adı dəyişdirilir

“Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) adını ən qısa zamanda dəyişdirib, daha güclü bir birliyə çevirəcəyik”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop deyib.

"Bu, təbii ki, sadəcə ad dəyişikliyi deyil. Qazaxıstanda TÜRKPA-nın toplantısını keçirdik. Həmin iclasda bu məsələ qaldırıldı. Orada qeyd olundu ki, Türkdilli Dövlətlərin Parlament Assambleyasının adını dəyişdirək, Türk Dövlətlərinin Parlamentlərarası Birliyi adını qoyaq. İlk növbədə dövlət başçılarının bir araya gəlib, adı dəyişdirməsi lazımdır, sonra ona əməl edəcəyik. Bu səbəbdən məsələ hələ açıq qalır. Özbəkistanın da TÜRKPA-ya üzvlüyə qəbul edilməsinin məntiqli ola biləcəyini düşünürük”.

Xatırladaq ki, noyabrın 12-də İstanbulda dövlət başçılarının toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək, Türk Dövlətləri Təşkilatı adlandırılıb.

əsas linklər