"Türk dünyasının birliyini görmək istəyirəm"

"Türk dövlətindən olub Türkiyə, Azərbaycan, Özbəkistan və bütün türk ölkələrinə vəfa borcu, sevgisi olmadan yaxşı alim olmaq mümkün deyil".

UNEC İqtisadi Forumunda gənc alimlərlə görüş zamanı Nobel mükafatı laureatı Aziz Sancar bildirib. Alim türk dünyasının birliyini görmək arzusunda olduğunu deyib: “2017-ci ildə Azərbaycana gəlmişdim, onda da müsahibədə bildirmişdim ki, Türk dünyasının birliyini görmək istəyirəm. Həqiqətən də mənim xəyalım budur. Mən türk birliyini görərəm-görmərəm bilmirəm, amma bu, mənim uşaqlıqdan ən böyük istəklərimdən biridir. Türk dünyasında bir türk şüuru oyanıb, yaxşı şeylər olur. Bunu Azərbaycanda və Özbəkistanda da gördüm".

Aziz Sancar Qarabağ zəfərinin asan qazanılmadığını bildirib: "Həyat yoldaşımla birgə Amerikada bir türk mərkəzi yaratmışıq. Orada Türkiyəni amerikalılara tanıdırıq. Bu il Qarabağ zəfərinin birinci ildönümünü, 8 noyabrı da orada qeyd etdik. Qarabağ zəfəri asan qazanılmayıb, çox şəhidlər verilib. Onlara və ailələrinə böyük borcumuz var. Bütün şəhidlərin ruhu şad olsun. Təkcə Azərbaycan yox, bütün türk dünyası onlara təşəkkür edir. Başqasının torpağını işğal etmək fikrimiz yoxdur, ümid edirəm qonşularımız da bunu başa düşər. Biz Qarabağ zəfərini qazandıq, ümid edirəm bundan sonra sülh şəraitində qonşularla yaşayarıq".

əsas linklər