Əli Müəllim Damiğaninin türklərə qarşı təhqir dolu sözləri ilə bağlı Ruhaniyə açıq məktub yazıldı

 

Azərbaycanlı mədəni fəallar Əli Müəllim Damğaninin türklərə qarşı təhqir dolu sözləri bağlı Ruhaniyə açıq məktub yazıblar.
 
Məktubun bir hissəsində deyilir: “Əli Müəllim Damğani məcazi aləmdə yaydığı mətndə ölkənin əhalisinin böyük hissəsini təşkil edən Azərbayacan türklərini təhqir edib. Biz bu təhqiramiz sözlərin dildə çaşmaq və səhv xarakteri daşıdığını güman etmirik.
 
Çünki o 1500 il öncə Sasani sərhədləri boyu xəyali müharibə aparmaqla bizim kimliyimizi lağa qoyub. Aydındır ki, Rzaxanın əhurai İran və əhriməni Turan düşüncəsi əsasında Müəllim kimi şəxslərin zatında irqi ayrı-seçkilik düşüncəsi əmələ gətirib.
 
Cənab Ruhani əgər insanların özləri istədiyi kimi yaşama haqqına və ana dilində təhsil hüququ təmin edilsə idi, Müəlim kimi şəxslər Xotəndən Xarəzmə, Qafqazdan İraqa qədər xəyalı ölkə genişləndirməyə cürət etməzdi. Əgər bizim təhqirlərə qarşı etirazlarımıza diqqət yetirilsə idi, Müəllim kimilər belə rahat millətimizi təhqir etməzdi.
 
Məktubu yazan fəallar sonda Ruhanidən tələb ediblər ki, incəsənət mədəniyyət evinin (Hünər Fərhəngistanı) rəisi Əli Müəllim Damğani türk millətini təhqir etdiyi üçün vəzifəsindən kənarlaşdırılsın və o şərif türk millətindən üzr istəsin. Məktubda həmçinin millətimizə qarşı edilən təhqirlərə etiraza görə həbsə salınan soydaşlarımızın sərbəst buraxılması tələb edilib.

 

 

əsas linklər