
Türkiyənin millətçi kürdləri Qərbi Azərbaycan Vilayətinə (ostan) kürd valinin (ostandar) təyin edilməsi məsələsində kürdlərə dəstək olur.
Türkiyə kürdlərinin nasionalist “basniyuz” saytı “kürd valiyə qarşı azəri kampaniyası” başlıqlı yazı dərc etməklə azərbaycan türklərinin Qərbi Azərbaycan vilayətinə kürdün vali seçilməsinə qarşı çıxdığını araşdırıb.
Lakin açıq şəkildə İlam kürdü olan Firidun Hümmətinin Qərbi Azərbaycan vilayətinə vali olmağa namizədliyini dəstəkliyib.
Qeyd edək ki, bundan öncə Türkiyənin “Taraf” qəzeti məsələni işıqlandırarkən yanlışlığa yol verib və Urmiyəni kürd şəhəri kimi təqdim etmişdir!