
Ukraynadakı vəziyyətlə əlaqədar Moldovaya gələn daha 174 azərbaycanlı bu gün Rumıniyaya keçiriləcək.
Bunu Trend-in suallarını cavablandırarkən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.
Q.Osmanovun sözlərinə görə, hazırda Moldovada 500-ə yaxın azərbaycanlı Azərbaycana təxliyə olunmasını gözləyir.
Qeyd edək ki, yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 nömrələri ilə və chisinau@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.