Türkiyə ilə İran arasında PKK gərginliyi

Türkiyə ilə İran arasında PKK ilə müzakirələrlə bağlı yeni gərginlik yaranıb.

 

Türkiyə mediasının verdiyi məlumata görə Türkiyə baş nazirinin müavini Bəşir Atalay bir televiziya kanalına verdiyi müsahibədə Türkiyə dövləti ilə PKK arasındakı müzakirələrə diqqət çəkərək İranın bu müzakirələrdən narahat olduğunu və terror təşkilatını prosesdən yayındırmağa çalışdığını deyib.

Atalayın bu açıqlamasına İranın cavabı gecikməyib.İran xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Afham  İranın regionda sülh və əminamanlığın təmini üçün hər cür prosesə dəstək verdiyini bildirərək deyib:

“Türkiyədə təhlükəsizliyin təmin edilməsi İranın və bütün regionun təhlükəsizliyinin təmin edilməsinə kömək edəcəyinə inanırıq.İnandırcı olmayan ittihamlar Türkiyənin daxilindən qaynaqlanan problemləri həll etməyəcək”

əsas linklər