Ayaz Mütəllibovun dəfnini dövlət öz üzərinə götürüb

Sabiq prezident Ayaz Mütəllibovun dəfn mərasimini dövlət öz üzərinə götürüb. 

Bu barədə Modern.az-a Ayaz Mütəllibovun keçmiş silahdaşı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə məlumat verib. 

O bildirib ki, Ayaz Mütəllibovun dəfninin təşkili ilə bağlı dövlət səviyyəsində tapşırıq verilib.

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırığı ilə dəfn mərasimi yüksək səviyyədə təşkil edilir. Gecə saatlarında Ayaz Mütəllibovun nəşi “Heydər” məscidinə aparıldı. Hazırda vida mərasimi və dəfn üçün hazırlıqlar görülür".

Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov dünən gecə 84 yaşında dünyasını dəyişib.

əsas linklər