İntelsat şirkəti İran telekanallarının yayımını dayandırır

Mərkəzi qərargahı Lüksemburqda olan “İntelsat” peyk (mahvarə) xidməti şirkəti iyunun (june) 26-da bəyanat yayaraq İran telekanallarının yayımını dayandırmaq qərarına gəldiyini bildirib.


Bəyanatda deyilir ki, şirkət ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İran Teleradio Təşkilatının rəisi İzzətulla Zərqamiyə qoyduğu sanksiyaya riayət edərək iyulun 1-dən İran telekanallarının yayımını dayandıracaq.

İzzətulla Zərqami ölkədə dövlət senzurasına yardım etdiyinə görə ABŞ hökumətinin sanksiyasına məruz qoyulub.

Yayımı dayandırılacaq İran kanallarının adları haqda hər hansı açıqlama verilmir.

əsas linklər