Dünya Azərbaycanlıları Konqresinin sədri bəyanat yaydı

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Asif Kurban sədrlikdən ayrıldığı barədə bəyanat yaymışdır.

Bəyanatda bildirilir ki, iki il əvvəl,  2016-cı ilin may ayında DAK-ın  Belçikanın  Brüssel  şəhərində keçirilən qurultayında sədr seçildim və ötən iki ildə Türk Dünyası və Azərbaycan naminə bi sıra işlərin görülməsinə nail olduq. Dünyanın ən müxtəlif yerlərində yaşayan və fəaliiyət göstərən həmyerlilərimizin problemlərinin həllində, məqsəd və ideyalarının həyata keçirilməsində yaxından kömək etməklə, vətənimiz və millətimiz adına ən yaxşı işlərin həyata keçirilməsində yaxından dəstək olduq. Beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, onun Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu mitnq, konfrans və digər tədbirlərdə ortaya qoymaqla dövlətimizin diaspor siyasətinin dəstəklənməsinə dəstət olmağa çalışdıq. Hazırda işlərimin çoxluğunu,  gənclərimizə və Vətənimizə xidmət edənlərə  yeni  yol açılmasını və sədrlik müddətimin bitdiyini nəzərə alaraq sədrlikdən ayrılmağa qərar verdim.  Amma bildirim ki, bundan sonra da dövlət və millətimiz adına həyata keçiriləcək bütün işlərdə yaxından iştirak edəcəyəm.  Əminəm ki, qoyduğumuz ənənə DAK-n yeni idarə heyəti və yeni seçiləcək sədri tərəfindən də uğurla davam ettdiriləcəkdir. 

əsas linklər

     

 

 

 

Döviz Kuru