İzmirdə AXC-nin quruluşunun 101-ci il dönümü münasibətiylə konferans təşkil edildi

Türkiyədə Azərbaycanın tanıtılması, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsinə töhfə vermək məqsədiylə yaradılan Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti (AKİDER) Azərbaycan Xalq Cumhuriyətinin quruluşunun 101 il dönümü münasibətiylə konferans təşkil etdi.

İzmirin mərkəzində yerləşən Konak Polis Evində baş tutan konferans öncəsində cəmiyyətin iki ildə bir həyata keçirilən qurultayı və iftar süfrəsi təşkil olundu.

Konferansı Egey Universitetinin sabiq müəllimlərindən, Türkiyədə Azərbaycan ədəbiyyatı, Azərbaycan Xalq Cumhuriyəti üzərinə en çox, dərinləməsinə araşdırmaları olan Prof. Dr. Yavuz Akpınar verdi.

Akpınar konferansında, Azərbaycan Xalq Cumhuriyətinin quruluş tarihini, qurucular və cumhuriyətinin süqutundan sonraki dönəmlər haqqında dinləyicilərə geniş məlumat verdi.

Konferans sonunda həm bu konferansı verməsindən, həm də Azərbaycanın Türkiyədə tanıtılması, Azərbaycan ədəbiyyatı üzərinə araşdırmalarından ötrü cəmiyyətin sədri Dr. Asif Kurban tərəfindən Prof. Dr. Yavuz Akpınara təşəkkür plaketi verildi.

Konferansda cəmiyyət üzvləri,  İzmir rəsmiləri, qeyri-hökümət təşkilatlarının sədr və nümayəndələri, universitet müəllimləri, tələbələr, həkimlər və Azərbaycan icması iştirak etdilər.

əsas linklər

     

 

 

 

Döviz Kuru