DAK Türkiyədə tədbirlər təşkil etdi

Türkiyənin İstanbul şəhərində Ramada otelində Dünya Azərbaycanlıları Konqresinin tədbiri keçirilib. Tədbirdə qurumun İdarə Heyətinin əksər üzvləri iştirak ediblər. 

Bu barədə Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Dr. Asif Qurban məlumat verib.

“Tədbir iki hissədən ibarət idi. Birinci hissə gunortaya qədər Dünya Azərbaycanlıları Konqresi idarə heyətinin üzvlərinin daxili iclası keçirildi. Toplantıda təşkilatın idarə heyətinin əksər üzvləri iştirak edirdilər. Toplantının əsas müzakirəsi təşkilatın gördüyü işlər və bundan sonra görəcəyi fəaliyyətlər müzakirə olundu. Eyni zamanda iclasda qurumun Gürcüstan nümayəndliyinin namizədi idarə heyətinin üzvlərini təqdim edildi və namizəd çoxluqla nümayəndə seçildi”,-deyə sədr söylədi. 

Sədr müavini idarə heyətinin toplantısından sonra, ikinci hissədə Güney Azərbaycan və Borçalı türklərinin problemləri mövzusunda tədbirin keçirildiyini bildirdi.

“Güney Azərbaycan və Borçalı türklərinin problemləri müzakirə olundu. Güney Azərbaycandan və Borçalıdan olan mütəxəssislər problemlər haqqında məlumat verərək, problemlərin həlli yollarını axtardılar. Sonda bu problemlərin həlli ilə bağlı komissiyaların yaradılması qərarı verildi. 

Eyni zamanda Dünya Azərbaycanlıları Konqresinın fəaliyyəti və həyata keçirildiyi tədbirləri, yerli və xarici mətbuatda işıqlandırılması qərara alındı.

Tədbirdə İstanbulda fəaliyyət göstərən Azərbaycan dərnəkləri, Türkiyə ali məktəblərində müəllim işləyənlər,təhsil alan tələbələr və Güney Azərbaycan mübarizəsinin fəalları iştirak edirdi”.