31 Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibətiylə Türkiyənin İzmir şəhərində tədbir təşkil olundu.
İzmirin şəhərinin mərkəzində yerləşən Konak Western Otelde həyata keçirilən tədbiri Dünya Azərbaycanlıları Kongresi, Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Təşkilatı ilə İzmir Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti birlikdə təşkil etdilər.
Aparıcının tədbiri açıq elan etmesindən sonra 31 Dekabr tarixiylə əlaqədar bilgi verdikdən sonra, Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Təşkilatı Sədri Reşad Abdullayevin tədbir iştirakçılarına ünvanlamış olduğu məktubu oxundu.
Daha sonra kürsüyə dəvət olunan Dünya Azərbaycanlıları Kongresi Sədr Müavini Asif Kurban, 31 Dekabr Dünya Azərbaycanlıları Həmrəylik Gününün Azərbaycan tarixindəki önəmindən bəhs etdi.
Asif Kurban çıxışının dəvamında xaricdə yaşayan həmvətənlərimiz və təhsil alan tələbələrimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verdiklərini qeyd etdi.
Kongres olaraq bu xususda əllərindən gələni etdiklərini vurqulayan Asif Kurban, bundan sonra da bu kimi fəaləyyətləri dəvam etdirəcəklətini söylədi. Bayram münasibətilə hər kəsi bir daha təbrik edən Asif Kurban, bütün tədbir iştirakçılarına, xoşbəxtlik, firavanlıq və uğurlar arzuladı, qarşıdan gələn yeni ilin həm Azərbaycanımız həm də sizlər – soydaşlarımız və tələbələrimiz üçün hərtərəfli uğurlu olmasını diləklərini tədbir iştirakçılarına çatdırdı.
Daha sonra söz alan İzmirdə təhsil alan tələbələrin nümayəndəsi və İzmir Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyəti Sədr Müavini Cavid Əliyev, tədbir iştirakçılarını salamlayaraq, bu önəmli gün münasibətiylə, Azərbaycan Diaspora təşkilatlarının bir araya gələrək belə gözəl tədbirlər təşkil etməsinin sevindirici bir hal olduğunu, belə həmrəyliklərə Azərbaycanımızın və hər kəsin ehtiyacı olduğunu qeyd etdi ve bunun üçün də tələbələr adından tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdi.
Tədbir, Azərbaycan milli rəqsləri, Azərbaycan musiqisini səsləndirən sənətçilərin çıxışları ilə devam etdi.
Tədbidə iştirak edən qonaqlar əyləncəli vaxt keçirtdilər.
Tədbirdə İzmirdə bakalavr, magistratura, doktorantura və tibb sahəsində uzmanlıq təhsili alan tələbələr birgə, İzmir Universitetlernin müəllimləri, tələbələrin təhsil almasına köməklik edən şəxslər, qeyri-hökümət təşkilatlarının sədrləri və nümayəndələri, iş adamları və İzmir rəsmiləri iştirak etdilər.