Dünya Azərbaycanlıları Konqresi İstanbul Tədbiri Yekun Bəyanatı

Dünya Azərbaycanlıları Konqresi olaraq Türkiyənin İstanbul şəhərində Güney Azərbaycan və Borçalı türklərinin problemləri mövzusunda tədbir həyata keçirildi.

Tədbirdə İstanbulda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, Türkiyə ali məktəblərində işləyən Azərbaycanlı müəllimlər, universitetlərdə təhsil alan tələbələr və Güney Azərbaycan aktivistləri iştirak etdilər.

Tədbirdə Güney Azərbaycan və Gürcüstanda yaşayan Azərbaycan Türklərinin problemləri müzakirə olundu. Güney Azərbaycandan və Borçalıdan olan mütəxəssislər problemlər haqqında məlumat verdikdən sonra, iştirakçilər problemlərin həlli yolları ilə bağlı öz fikirlərini bildirdilər ve sonda bu məsələlərlə əlaqədar bəyanat qəbul edilməsinə və məsələlərin həlli üçün komissiyalar yaradılmasına qərar verildi. 

Son günlərdə Gürcüstanda yaşayan Azərbaycan Türklərinin problemlərinin həlli yolunda bəzi ilərləyişlər olsa da,  bir-sıra ciddi problemlər var ve bunlar  hələ də həllini gözləməktədir. Bunlardan başlıcaları aşağıdadır:

-  Azərbaycan dilli məktəblərin sayı azdır

-  Hal-hazırki məktəblərdə təhsillə bağlı ciddi problemlər yaşanır

-  Bu məktəblərin ciddi maddi sıxıntıları var

- Azərbaycan dilli məktəblərdə Azərbaycan dilinə formal yanaşılaraq, Azərbaycan dili dərsinin saatları azaltılmışdır

-  Azərbaycan dlilndə dərs vəsaitləri az və yetərsizdir

- Bu məktəblərdə kadrlar azdır, hal-hazırki kadrlar yaşlıdır və gənçlər bu sahələrə maraq göstərmirlər. Səbəbi isə şərait yoxdur və maaşlar azdır

-  Orta məktəbdən sonrakı təhsilin pillələri arasında problemlər var

-  Xüsusilə də dağ kəndlərində Azərbaycanlı əhalinin sayı azalmaqda dəvam edir

-   Azərbaycanlıların təşkilatlanması zəifdir. Hal-hazırki təşkilatlar öz imkanları hesabına fəaliyyət göstərməyə çalışırlar. Onlarin da maddi dəstəğə ehtiyaçları var

- Tamamən azərbaycanlıların yaşadığı bir çox kəndin dəğiştirilən adları bərpa edilməlir

- Gürcüstan-Azərbaycan keçid məntəqələrinin Azərbaycan hissəsində ciddi problemlər var.  Xüsusilə də kənd təsərrüfatı məhsullarının keçişində ciddi sıxıntılar yaşanır

- Gürcüstanda yaşayan azərbaycanlılarının xaricdə təhsil alma imkanları azdır 

Son günlərdə İran  hakimiyyətinin Güney Azərbaycan türklərinə qarşı apardığı qeyri-insani siyasət açıq şəkildə özünü biruzə verməkdədir. Toplantı sonrası ortaya çıxan başlıca problemlər aşağıdakilərdən ibarətdir:

- 35 milyonluq bir xalq öz ana dilindən və milli-mənəvi dəyərlərindən məhrum edilmişdir

- Azərbaycan Türkçəsindən istifadə etmək qəti şəkildə qadağan edilmişdir

- Güney Azərbaycanlıların insan haqqları kobud şəkildə pozulmaqdadır

- Güney Azərbaycanlıların ana dillərində məktəbləri yoxdur. Mədəniyyətləri, milli kimlikləri qorunmur, zorla farslaşdırılma politikası həyata keçirilir, öz torpaqlarından köçə məcbur edilir

- İranda digər bölgələrinin inkişafına azərbaycanlıların yaşadığı yerlərlə  müqayisədə qat-qat artıq sərmayə qoyulur, sənaye başqa bölgələrdə daha sürətlə inkişaf etdirilir. Elə bir şərait yaradılır ki, əhali Azərbaycandan çıxıb həmin vilayətlərdə yerləşsin və bunun nəticəsində milli kimliklərini itirirlər

- Güney Azərbaycanda insan haqlarını müdafiə sahəsində mütəxəsislər yoxdur

- Güney Azərbaycan məsələsini daima gündəmdə saxlayacaq qeyri-hökümət təşkilatlarının sayısı azdır. Olanlar da dağınıq və maddi problemləri var 

- Fərqli səbəblərdən Türkiyəyə köç etmək məcburiyətində qalan çox sayıda Güney Azərbaycanlı soydaşların ciddi şəkildə iş və qalacaq yer problemləri var

- Güney Azərbaycandan Quzey Azərbaycana gedən soydaşların başda müvəqqəti qeydiyyat olmaqla ciddi problemləri var

- Diasporla İş Üzrə Dövlət Komitəsi Güney Azərbaycan məsələləri ilə məşğul olan cəmiyyətlərə eyni məsafədə dayanmamış, bu da o təşkilatlarda bir sıra problemlərin yaranmasına səbəb olmuşdur

- Xariçdə Güney Azərbaycan məsələlərindən bəhs edən kitab və jurnallar azdır

Dünya azərbaycanlılarının hüquqlarını müdafiə edən bir təşkilat olaraq, Cürcüstanda və İranda yaşayan soydaşlarımızın yuxarıda dilə gətirilən problemlərinin əlaqədar devlətlər tərəfindən həll edilməsini istəyirik.