Memmed Azer

Məmməd Azər

1957-ci ildə Güney Azərbaycanın Sayınqala şəhərində doğulub;

1979 da,  İranda başveren çevrilişin yaxından iştirakşısı olub və milli –mədəni haqlarımızın tələbi ugrunda fəaliyyət göstərdiyinə görə bir müddət Tehrana və sonralar isə Təbrizə köçmək məcburiyyətində olub və nəhayət 1984-cü ildə Biləsuvar sınırından qaçaqcasına Quzey Azərbaycana keçıb.

1986-cı ildə İsveçdə siyasi mühacir kimi sığınacaq alıb. Ele o tarixdən bəri Stockholmda yaşayır. Evlidi və bir qiz uşağının atasıdır.

1996-cı ildə Bilgisayar (Kompioter) üzrə təhsilatını bitirib və 1998-2000 arası Bilgisayar və riyaziyyat üzrə orta məktəbdə  müəlilm kimi işləyib və 2001-ci ildən isə  öz xüsusi  şirkətində işləyir.        

1989-cü ildən İsveçdə ilk Azərbaycanlıların cəmiyyətinin yaradılmasında böyük əmək verən şəxslərdən biri olub, sonralar 1996-cı ildə Azərbaycan Dərnəyinin təsisçisi və bu dərnəyin İdare Heyətinin üzvu və neçə defe sedri kimi fəaliyyət göstərib.

1990-1992-ci illərdə Avropada ilk Azərbaycan adlı jurnalin müəliflərindən biri və 1997-2006-ci illərdə isə yinə də Azərbaycan jurnalinin baş redaktoru və təsisçisi kimi fəaliyyət göstərib. 2006-2007-ci illər arası DAK jurnalinin təsisçisi və başredaktoru kimi fəaliyyət göstərib. 2008-ci ildən isə Azərbaycan Səsi Radiosunun sədri kimi öz milli fəaliyyətini sürdürür.

2000-ci ildən DAK üzvü kimi fəaliyyətdə olub və 2004-2006-ci illərdə İsveç üzrə ölkə nümayəndəsi və 2006-cı ildə  DAK İdarə Heyətinə üzvü seçilib, bəzi səbəblər üzündən fəaliyyətini dayandirib və yenidən DAK Birlik Qurultayinda DAK İdarə Heyətinə seçilıb.