Nizamname

Dünya Azərbaycanlıları Konqresinin Nizamnaməsi

1. Ümumi prinsiplər

1.1. Dünya Azərbaycanlıları Kongresi (qısaca: DAK) Azərbayсanda və ondan kənarda yaşayan  azərbaycan türklərinin milli hüquqlarının bərpası və insan haqqları uğrunda mübarizə aparan müstəqil, milli- iсtimai təşkilatdır.

1.2. DAK,  BMT Nizamnaməsini və ümum dünya insan haqqları bəyannaməsini rəhbər prinsip kimi qəbul edir; “İctimai Birliklər Haqqında” qəbul edilmiş beynalxalq normalar, könüllülük və üzvlərinin hüquq bərabərliyi əsasında öz fəaliyyətini bu Nizamnaməyə uyğun surətdə qurur.

1.3. DAK beynalxalq ictimai birliklərə daxil olur, bir başa əlaqələr saxlayır, müvafiq sazişlər bağlayır.

1.4. DAK fəaliyyətini azərbaycanlıların yaşadığı ölkələrdə  həyata keçirir.

2. DAK-ın  əsas fəaliyyeti:

2.1. Dünyada yaşayan azərbaycanlıları təşkilatlandırır, onların fəaliyyətini koordinasiya edir.

2.2. Azərbaycanın və azərbaycanlıların problemlərı haqqında insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatları məlumatlandırır.

2.3. Beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan məsələsinə yönəltmək üçün mitinqlər və piketlər təşkil edir.

2.4. Müxtəlif ölkələrin parlamentləri və dövlət yetkililəri ilə əlaqələr yaradır, onların azərbaycanlıların problemlərinin həllinə yardımçı olmalarına çalışır.

2.5. Digər diaspor təşkilatlarını milli problemlərimizin həllinə cəlb edir.

2.6. Konfranslar, forumlar, görüşlər, tamaşalar, konsertlər, xeyriyyə tədbirləri keçirir.

2.7. Fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyi və bu Nizamnamə çərçivəsində digər fəaliyyətləri həyata keçirir.

3. DAK — ın təşkilat quruluşu  

3.1     DAK-ın idarə edilməsi bu Nizamnaməyə uyğun şəkildə həyata keçirilir.

3.2.    DAK -ın ali orqanı Qurultaydır.

3.2.1. Qurultay Idarə Heyəti  tərəfindən iki ildən bir çağırılır.

3.2.2. Növbədənkənar qurultay  DAK-ın İdarə Heyətinin və özəl hallarda, təşkilat üzvlərinin yarisinin çağırışıyla keçirilə bilər.

- Növbədənkənar qurultayın mövzusu bir ay öncədən təşkilat üzvlərinə çatırılmalıdır.

3.2.3. DAK üzvlərinin Qurultayda səlahiyyətli nümayəndə kimi iştirak etməsi, nümayəndələrin sayı və keçirilmə qaydası Idarə Heyəti tərəfindən müəyyən edilir.

3.2.4. Səlahiyyətli nümayəndə olmayan DAK üzvlərini Idarə Heyəti müşahidəçi kimi Qurultaya dəvət edə bilər.

3.2.5. Qurultay, nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

3.2.6. Qurultayda qərarlar  (50% + 1) əsasında qəbul edilir.

3.2.7. Qurultayın səlahiyyətinə aşağıdakılar daxildir:

-        Mandat komissiyası yaradaraq Qurultay nümayəndələrinin   səlahiyyətlərini yoxlayıb təsdiq edir;

-        DAK-ın Məramnamə, Nizamnamə və rəmzlərini qəbul edib və onlara deyişikliklər və əlavələr edir;

-        DAK-ın fəaliyyətinin əsas yönlərini müəyyənləşdirir;

-        DAK-ın Idarə Heyətini seçir və onun illik hesabatını dinləyib – qiymətləndirir;

-        DAK-ın Nəzarət-Təftiş Komissiyasını seçir və onun illik hesabatını dinləyib-qiymətləndirir;

-        DAK-ın fəaliyyətinin dayandırılması və buraxılması haqqında qərar qəbul edir.

-        DAK-ın fəaliyyətilə bağlı digər məsələləri həll edir.

3.3.    İdarə Heyəti

3.3.1.Qurultaylar arası dövrdə DAK-ın yüksək səlahiyyətli qərarveriсi orqanı Idarə Heyətidir.

3.3.2. Idarə Heyətinin tərkibi 15 nəfərdən ibarətdir və  aşağıdakı tərkib əsasında  seçilir:

1. Azərbaycan 2 nəfər.

2. MDB 3 nəfər.

3. Türkiye 1 nəfər

3. Amerika, Kanada və Avropa 9  nəfər.

3.3.3. Idarə Heyəti ayda bir dəfədən az olmamaq şərti ilə eləktron təxnikasının (Paltalk) vasitəsilə və ildə iki dəfədən az olmayaraq сanlı şəkildə  öz yığınсağını keçirir.

3.3.4. Üzvlərinin ən azı 9-u  iştirak etdikdə Idarə Heyətinin yığıncağı səlahiyyətlidir.

3.3.5. Idarə Heyətində qərarlar üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

3.3.6. Idarə Heyəti özünün nizamnaməyə uyğun, əsasnaməsini hazırlayıb  və qəbul edir .

3.3.7. İdarə Heyəti öz üzvləri arasında vəzifə bölgüsünü əsasnaməyə uyğun aparır.

3.3.8. Idarə Heyəti çeşidli alt qurumlar (komitələr, komissialar, mərkəzlər, Ölkə nümayəndəlikləri  və s.) yaradır və bu qurumların fəaliyyətinə nəzarət edir.

3.3.9. İdarə Heyətində butun qərarlar sadə ses coxluğuyla qəbul olunur.

3.3.10.        Idarə Heyətinin səlahiyyətlərinə aşagıdakılar daxildir.

-       Qurultaylararası dövrdə  DAK-in fəaliyyətinə rəhbərlik edir;

-       DAK Nizamnaməsinin layihəsini hazırlayıb Qurultaya təqdim edir;

-       DAK fəaliyyəti istiqamətini müəyyən edir;

-       Fəaliyyət proqramları və əsasnamələri təsdiq edir;

-       DAK-ın büdcəsini təsdiq edir;

-       Ölkə nümayəndələrini təsdiq edir;

-       Qəbul etdiyi qərarların icrasının hesabatını dinləyir;

-       DAK qurultaylarını çağırır və onun keçirilməsini təşkil edir;

-        Idarə Heyəti sədrin  məlumatlarını  dinləyib müzakirə edir;

-       Ölkə nümayəndəlikləri məsullarının hesabatını dinləyir;

-   DAK Qurultayının qərarlarından və DAK Nizamnaməsindən irəli gələn vəzifələrin iсrasına nəzarət edir;

- Ölkə nümayəndəliklərinə, komitelerə, komissialara, alt  qurumlara və ayrı — ayrı DAK üzvlərinə Nizamnamə tələblərinə uyğun tapşırıqlar verir və bu tapşırıqların iсrasına nəzarət edir.

Ölkə nümayəndəlikləri və ayrı ayrı qurum və quruluşların məsullarının fəaliyyətini əlaqələndirir.

3-4. Sədr

3.4.1    DAK-ın  sədrini İdarə Heyəti öz üzvləri arasından seçir.

3.4.2    DAK-ın sədri İdarə Heyəti tərəfindən İH üzvləri arasından növbəlilik əsasında bir il müddətinə seçilir. Bu müddət başa çatdıqdan sonra əvvəlcədən seçilmiş digər sədr səlahiyyətinin icrasına başalyır. Qurultaylar arası müddətdə bir nəfər bir dəfədən artıq sədr seçilə bilməz.

3.4.3     DAK sədrinin səlahiyyətinə aşağıdakılar daxildir:

-    DAK-ı təmsil edir, onun adından bəyanatlar verir, müqavilələr və sazişlər imzalayır.

      -    Görülən işlərlə bağlı Idarə Heyətinə məlumat, qurultya həsabat verir.

      -    Idarə Heyətinin  qəbul etdiyi qərarların iсrasına nəzarət edir.

-    Idarə Heyətinin yığınсağını çağırır və yığıncağa rəhbərlik edir.

3.5. Nəzarət – təftiş komissiyası         

3.5.1.  DAK-ın yüksək səlahiyyətli nəzarətediсi orqanı Nəzarət-Təftiş Komissiyasıdır.

3.5.2   NTK DAK üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğunluğuna və maliyyə məsələlərinə nəzarəti həyata kəçirir.

3.5.3.   NTK Qurultayda DAK üzvləri içərisindən müəyyən edilmiş sayda seçilir.

3.5.4  NTK öz içərisindən özünə sədr seçir. Sədr NTK-nın yığınсaqlarına rəhbərlik edir və onun fəaliyyətinə məsuliyyət daşıyır.

3.5.5  NTK sədri səsvermə səlahiyyəti olmadan Idarə Heyətinin yığınсaqlarında iştirak edə bilər.

3.5.6   NTK öz   fəaliyyəti haqqında Idarə Həyyətinə məlumat və Qurultaya hesabat verir.

3.5.7   NTK-nın fəalliyyəti öz Əsasnaməsi ilə tənzimlənir.

3.6. Ölkə nümayəndəlikləri

3.6.1 Ölkə nümayəndəlikləri DAK-ın ayrı-ayrı ölkələr üzrə qurulmuş səlahiyyətli rəsmi orqanlarıdır.

3.6.1. Azərbaycanlıların yaşadığı hər bir ölkədə Idarə Heyəti tərəfindən DAK-ın Ölkə nümayəndəliyi yaradılır.

3.6.2  Ölkə nümayəndəliyi ən azı on nəfər azərbaycanlının DAK-a fərdi üzv, yaxud ən azı iki Azərbaycan təşkilatının (dərnək,сəmiyyət və s.) kollektiv üzv olduğu ölkələrdə yaradılır.

3.6.3  Ölkə nümayəndəliyi yerləşdiyi ölkədə DAK-ın səlahiyyətli rəsmi orqanı sayılır və həmin ölkənin yerli şəraitindən çıxış edərək DAK Nizamnaməsində əksini tapmış məqsəd və vəzifələri müstəqil şəkildə həyata keçirir.

3.6.4  Ölkə nümayəndəliklərinin məsulları  Idarə Heyəti tərəfindən seçilir və qeydə alınır.

3.6.5 Ölkə nümayəndəlinin məsulu nümayəndəliyin yerləşdiyi ölkədə DAK-ın səlahiyyətli rəsmi nümayəndəsi olub, ölkədə təşkilatın bütün işlərinə rəhbərlik edir və сavabdehlik daşıyır.

3.6.6  Ölkə nümayəndəliklərinin məsulları üç ayda bir dəfə Idarə Heyətinə hesabat verir.

3.6.7 Ölkə nümayəndəliklərindən hər birinin DAK-ın fəaliyyət proqramına uyğun müstəqil planı olur.

3.6.8  Ölkə nümayəndəlikləri DAK-ın ümumi maliyyə probləmlərinin həllində iştirak edir.

3.6.9  Ölkə nümayəndəliklərinin fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir.

4.  DAK-da üzvlük

 4.1.        Siyasi  mənsubiyyətindən, dini baxışından və siyasi-ideoloji əqidəsindən, ölkə vətəndaşlığından asılı olmayaraq bu Nizamnaməni qəbul edən, onun məqsəd və vəzifələrini həyata keçirməyə çalışan və üzvlük haqqı ödəyən hər bir azərbaycanlı, yaxud hər bir  Azərbayсan təşkilatı DAK-ın üzvü ola bilər.

4.2.        DAK-da üzvlük fərdi və kollektiv ola bilər.

4.3.        Fərdi qaydada üzvlük şəxsin DAK Idarə Heyətinin adına yazılmış ərizə əsasında həyata keçirilir. Idarə Heyətinin təsdiqindən sonra ərizə sahibi DAK-ın üzvü hesab olunur.

4.4.        Kollektiv qaydada  üzvlük üçün üzv olmaq istəyən təşkilatın (dərnək , сəmiyyət və s.) rəhbər orqanının  qərarı, əsasnaməsinin surəti, səlahiyyətli nümayəndə haqqında  məlumat və DAK Idarə Heyətinin adına yazılmış ərizə DAK Idarə Heyətinə təqdim edilir. Idarə Heyətinin təsdiqindən sonra həmin təşkilat DAK-in kollektiv üzvü sayılır.

4.5.        Üzvlüklə bağlı son söz Qurultayındır. Qurultay nümayəndələri üçdə iki  səs çoxluğu ilə Idarə Heyətinin qəbul etdiyi fərdi, yaxud kollektiv üzvləri təsdiqlənə və   üzvlükdən xariс ədə bilər.

4.6.        Seçib seçilmə haqqını qazanmaq üçün ən azı üç ay DAK-da üzv olmaq şərtdir.

4.7.        DAK üzvlərinin aşağıdakı hüquqları var:

-          DAK-ın bütün orqanlarına seçmək və seçilmək;

       DAK-ın fəaliyyəti ilə bağlı təkliflər vermək və layihələr hazırlamaq;

      Müzakirədə çıxış etmək və öz tənqidi fikirlərini açıq şəkildə bildirmək;

      DAK orqanlarından informasiya almaq;

  4.8. DAK üzvlərinin vəzifələri:

-  Bu Nizamnaməni əməl etmək , təşkilatın qərarlarını yerinə yetirmək;

- Təşkilata ziyan vuran, onun adına ləkə gətirən və Nizamnamə ilə bir araya sığmayan hərəkətlərə yol verməmək;

- Təşkilat üzvlərinin hüququnu pozan hərəkətlərə yol verməmək və hər kəsin haqqına sayqı ilə yanaşmaq;

- Təşkilatın fəaliyyətinə hər vasitə ilə yardım etmək;

- Qurultayın müəyyənləşdirdiyi miqdarda üzvlük haqqi vermək.

5.  DAK -in hüquqi statusu, əmlakı və maliyyə vəsaiti

 

5.1.       DAK  özünün möhürü, ştampı, banklarda hesab nömrələri, mustəqil balansı və s. olan hüquqi şəxsdir.

5.2.       DAK-ın mülkiyyətini öz vəsaiti həsabına əldə etdiyi və ya ona bağışlanan əmlak- dəftərxana ləvazimatı, texniki avadanlıq, ofis, inventar, binalar, mənzillər, pul, qiymətli kağız və s. təşkil edir.

DAK öz vəsaiti hesabına nəşriyyatlar, mətbuat və informasıya orqanları, xeyriyyə təşkilatları, fondlar və s. təşkil edə bilər.

5.3. DAK-in əmlakının və maliyyə vəsaitinin qaynaqları aşağıdakılardır:

-  üzvlük haqqı;

-  muxtəlif fiziki və hüquqi şəxslərin ianələri və hədiyyələri;

- təşkilat strukturlarının — məhsul, iş və xidmətlərinin — mühazirələr, sərgilər, tamaşalar, konsertlər, idman tədbirləri və s. gerçəkləşdirilməsindən və qanunla qadağan olunmamış digər əməliyyatlardan əldə edilən gəlir;

-  alınmış kreditlər;

- əvəzsiz ödəmələr və s.

5.4. DAK-ın gəliri Əsasnamədə nəzərdə tutulmuş məqsəd və vəzifələrin həyata keçirilməsinə xərсlənir.

5.5. DAK-ın maliyyə vəsaitinin xərсlənməsi ilə baglı yuxarı orqanlar qarşısında hesabat verilir

  1. 6.      DAK -ın  buraxılma qaydasi

6.1. Qurultay nümayəndələrinin üçdə iki hissəsinin razılığı ilə DAK buraxıla bilər.

6.2. DAK  buraxılarkən onun əmlakının taleyi qurultay, yaxud Idarə Heyəti tərəfindən müəyyən olunmuş qaydada həll edilir.

 

əsas linklər