
Dünya Azərbaycanlıları Konqresi (DAK)
Azerbajdzjanska Världs Kongress
Sayğı dəyər millətimiz,
İllərdən bəridir millətlər zindanı olan, İran adlanan ölkədə istər hakimiyyət tərəfindən, istərsə də onun quluğunda olan mətbuat və radio televizya və hətta fars kökənli insanlar İranda yaşayan başqa etnik qruplara o cümlədən Azərbaycan türklərinə olmayan töhin və təhqirləri etməkdədir.
9 il əvvəl bir Xordad hadisələrini uca millətimiz unutmamiş olduğu bir halda, bu dəfə yeni təhqir və aşağılayıcı bir televizyon proqramiyla qarşı qarşıyadır. Bu təhqir edici və aşağılayıcı hərəkətlər sistematik olaraq, İran fars-irqıçı rejimi tərəfindən bilərək yayınlanmaqdadır. Zira, İran höküməti yaşıl işıq göstərmədən, iranın rəsmi televizyiyası belə bir iyrənc programı göstərməyə cəsarət etməzdi...
Azərbaycan Türk milləti, Rza Pəhləvinin İranda iş başına gəlməsindən bəri, müstəmləkəçi İran dövləti başda olmaqla, fars şövenizmi, paniranist və dinci qrupların tamamilə özlərinə layiq olan ürəkbulandıran tövhin və təhqirləriylə qarşı-qarşıyadır və şübhəsiz ki, bundan sonra da belə olacaqdır. Zira, Azərbaycan millətinə qarşı alçaqcasına aparılan belə bir aşağılayıcı siyasət hər zaman İran fars düşüncə sistemli hökumətlərin yürütdüyü assimilasiya siyasətinin ayrılmaz bir hissəsi olmuşdur. Xalqımız ürək ağrısıyla illərdən bəridir İran adlanan ölkədə deyişik fars düşüncəli hakimiyyətlərin dönəmində çeşitli vasitələrlə aprilan iyrənc siyasətin şahidi olmüşdur.
Dünya Azərbaycanlıalrı Konqresi (DAK) olaraq, Fars şovenizmi və cinayətkar İran- Fars rejiminin Azərbaycan Türk millətinə qarşı irqçılıyə dayanan belə bir aşağılayıcı siyasətini şiddətlə qınayır, və bu təhqirlərin qarşısında, haqlı olaraq millətimizin üsyan dolu etirazlarını dəstəkləyərək, bütün dünyaya səpələnmiş azərbaycanlı bacı və qardaşlarımızı, dərnək və cəmiyyətləri, siyasi və ictimaii təşkilatları bir yumuruq olaraq, irqçı fars rejiminə qarşı hanki ölkədə olmasina baxmayaraq, etiraz etməyə çağırır.
Yaşasın Azərbaycan Türk milləti
Mehv olsun Fars Şovinizmi
Dünya Azərbaycanlıları Konqrəsi mətbuat xidməti