"Ramilə Əliyevanın Gürcüstanın energetika naziri təyin olunması ilə bağlı məlumatlar hələlik dəqiq deyil. Proses qeyri-müəyyən olaraq qalır. Məsələ ilə bağlı konkret olaraq iyul ayının 4-dən sonra nəsə demək mümkün olacaq.
Hazırda dəqiq heç nə deyə bilmərəm”. İvanişvilinin mətbuat xidmətinin rəhbəri Nana Kandiaşvili Azərbaycan mətbuatına açıqlamasında belə deyib. Gürcüstanın Ombudsman aparatının nəzdnində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının üzvü olan Ramilə Əliyeva məsələ barədə açıqlamasında bildirib ki, onun Gürcüstanın Energetika və Təbii Resusrlar naziri təyin olunması ilə bağlı məlumatı Baş nazir Bidzina İvanişvilidən may ayında alıb: “Bu yalnız Gürcüstanın Baş naziri cənab Bidzina İvanişvilinin verəcəyi qərardan asılıdır.
Mən bütün hallarda vətəndaşı olduğum ölkəyə xidmət etməyə hazıram. Hal-hazırda Gürcüstanda vətəndaş sektorundayam və şəxsi layihələrimlə məşğulam. Ən böyük layihələrimdən biri də Tbilisidə açılacaq Azərbaycan guşəsilə bağlıdır. Bu işlərə çox vaxt sərf edirəm. Ölkənin Energetika naziri təyin olunmağımla bağlı məsələlər isə hələlik məlum deyil.