
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pak Ayinlə görüşüb. Görüşdə İran-Azərbaycan əlaqələrinin səviyyəsinin yüksəldilməsinin zərurliyi qeyd olunub. Ə.Burucerdi bildirib ki, İran üçün Azərbaycan Respublikası ilə əlaqələr böyük əhəmiyyətə malikdir: “Ona görə də iki ölkə arasındakı əlaqələrin genişləndirilməsinə mane olan problemlər aradan qaldırılmalıdır. İki ölkə arasındakı mövcud ortaqlıqları nəzərə alsaq, İran xalqının gözləntisi Azərbaycan Respublikası ilə yaxşı və davamlı əlaqələrə malik olmaqdır”. Komissiya sədri həmçinin deyib ki, İran və Azərbaycan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ikitərəfli əlaqələrin genişləndirilməsinə təsir göstərir. M. Pak Ayin isə öz növbəsində vurğulayıb ki, İranla Azərbaycan Respublikası arasında əlaqələrin səviyyəsi müsbət perspektivə malikdir və bu çərçivədə uğurlu proqramlar həyata keçirilib.