
3-cü Beynəlxalq Qaradəniz Qeyri-Hökümət Təşkilatları Forumu bugün Ankara Palas Dövlət Qonaq Evində, Türkiyə Baş Nazirinin Müavini Bəkir Bozdağin iştirakiylə öz işinə başladı.
İdarə Heyəti Sədrliyini TBMM İstanbul Millət Vəkili və Qaradəniz İqtisadi Əməkdaşlıq Parlamentər Asamblesi Türk Gurubu Başcısı Dr. İsmail Safinin idarə etdiyi Avrasiya Sivil Cəmiyyət Əməkdaşliq Təşkilatı tərəfindən və Türkiyə Yurtdışı Türklər və Akraba Topluluklar Başkanıiğının dəstəyi ilə keçirilən forumda 11 ölkədən 60 nümayəndə iştirak edir.
Forumda xaricdən iştirak edən nümayəndələrlə birgə Türkiyədən də önəmli qeyri-hökümət təşkilatları iştirak etməkdədir.
Foruma Azərbaycandan iştirak edən nümayəndə heyətinə Azərbaycan Milli Məclisi Millət Vəkili Ayaz Quliyev başcılıq edir. Heyətin tərkibində Rauf Zeyni, Xəlil İsmayılov, Rufiz Qonaqov, Elşad Eyvazov yer almaqtadır.
Forumda həmçinin Azerbaycanın Türkiyə Səfiri Faiq Bağırov, Dünya Azərbaycanlıları Konqresinin Sədr Müavini Asif Kurban , Ekoavrasya Cemiyyəti Başçısı Hikmər Ərən də iştirak edirlər.
Konkret əməkdaşlıq imkanlaının müzakirə ediləcəyi forumda, Beynəlxalq Qaradəniz Qeyri-Hökümət Akademyasının yaradılması da gündəmə gətiriləcək.
Newsaze