Marneuli Gənclər Mərkəzi Beynəlxalq Qan Donorluğu Gününü qeyd etdi

Bu gün Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Tea house”-da qanvermə akiyası keçirildi. Aksiyanın keçirilməsində əsas məqsəd irsi qan xəstəliyindən əziyyət çəkən körpələrə yardım etmək, həmçinin bölgədə qan donorluğunun inkişafını dəstək olmaq idi.
Tədbir, BMT-nin Gürcüstan Assosiayasiyasının, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gürcüstanda Milli İnteqrasiyanın Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutdu.
Aksiyada Marneuli Gənclər Mərkəzinin idarə heyətinin üzvləri, Marneuli Munisipalitetinin polis işçiləri, TBC bankın əməkdaşları, SOCAR şirkətinin işçiləri, qeyri hökümət təşkilatlarının nümayəndələri, KİV nümayəndələri, gənclər və yerli sakinlər könüllü olaraq iştirak etdilər. Ümumilikdə aksiyada 50- dən çox donor iştirak etdi.
Tədbirə həmçinin Gürcüstan Mərkəzi Qan Bankı, “SOCAR”, “Muğam” restoranı da dəstək oldular.

əsas linklər