Rusiya Dövlət Dumasının deputatlarından sərsəm çağırış

Rusiya Dövlət Dumasının deputatları 1921-ci il martın 16-da Türkiyə ilə imzalanmçış dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinin ləğv olunması barədə prezident Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova müraciət ediblər.

Bu barədə Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin və partiyanın katibi Sergey Obuxov çıxış edib.  

“Hesab edirik ki, Türkiyənin aqressiyası artıdığı şəraitdə ölkəmiz və müttəfiqlərimiz üçün əlverişsiz olan rus-türk müqavilələrtinin hüquqi statsunun ləğv olunmasına başlamalıyıq.

Ankara münaqişənin qarşıdurma səviyyəsinə çatmasından nələr itirə biləcəyini anlamalıdır. Yalnız bu onları dayandıra və yeni təxribatlardan çəkindirə bilər”.  

Kommunist Partiyasının təklifini Dumadakı Ədalətli Rusiya partiyasının fraksiyası da dəstəkləyib.  

Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsi Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibinə daxil olmasını təsdiqləmişdi.    

əsas linklər