Asif Kurban DAK-ın yeni sədri oldu.
Fevralın 26-da Burusselde Xocalı soyqırımıyla bağlı Dünya Azərbaycanlıları Konqresi (DAK) və Belcika-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbüsü ilə Avropa Parlamenti binası və Ermənistan səfirliyi qarşısında etiraz aksiyası kecirildi.
NewsAze xəbər verir ki, etiraz aksiyasının ardından 26-28 fevralda Dünya Azərbaycanlıları Konqresinin 14-cü Qurultayına start verildi.
Azərbaycanın dövlət himni ilə başlayan qurultaya dünyanın müxtəlif yerlerində fəaliyyət göstərən cəmiyyət sədr və üzvüləri iştirak etdi.
İstanbul Azərbaycan Kültür Evi başkanı Hikmet Elp qurutay iştirakcıların salamlayaraq, bu qurultayın digərlərindən fərqlənməsini, verilən qərarların havada qalmamasını arzuladı və böyük çətinliklə olsa da qurultaya qatılmağı bir azərbaycanlı olaraq özünə borc bildiyini xatırlatdı.
Türkiyədə doğulmasına və böyüməsinə baxmayaraq, atalaraının Ermənistan deyilen Qərbi Azərbaycandan Türkiyəyə gəldiyini vurğuladı. Qeyd etdi ki, DAK-ın qapıların azərbaycanlıyam-türkəm deyən hər kəsə acmalıyıq.
İsvecdən qurultaya qatılan əslən təbrizli Əsəd Sadiqi isə illərdir diaspora işinin icində olduğunu və dəfələrlə DAK-ın qurultaylarına qatılsa da, son bir-necə qurultaya qatılmakdan imtina etdiyini vurğuladı. Özü kimi cox insanın eyni addımı atdığını deyən Sadiqi bunun əsas səbəbinin, insanlar arasında DAK-a etimadının qalmamasıyla izah etdi. Bu düşüncənin tezliklə aradan qaldırılmasının vacibliyini vurğuladı. "Hazırda buna bir faiz ümüdüm var. Amma yenə də gəldim. Bəzən o yüzdə bir real olur. Yeter ki, iş görmek istəyənlər olsun.”
İsvecdən olan Məmməd Azər 20 ildir fəaliyyətdə olan DAK-da 17 ildir olduğunu bildirdi və təklif etdi ki, DAK sədrlərinə verilən bəzi səlahiyətlər təşkilat komitəsinə verilsin. "15 nəfərden ibarət İdarə Heyətinin hər biri müxtəlif ölkələrdə yaşayırlar ve hər dəfə bir araya gəlmək imkanları olmur. Odur ki, 5 nəfədrən ibarət təşkilat komitəsi yaradıb, onlara müəyyən qərarlar vermələri ücün səlahiyət verilməlidr.”
DAK sədrinin müavini Asif Kurban (Türkiyə) Xocalı şəhidlərini sayğıyla andı. Qurultay nümayəndələrinin irad ve təklifləri ilə tamamən razı olduğunu qeyd etdi. 20 ildir sosial fəaliyyətlə məşğul olduğunu xatırladan A.Kurban DAK-ın yerli dərnəklərlə sıx əməkdaşlık etməsinin vacibliyinə toxunaraq söylədi ki, bir gün əvvəl Bürüsseldə Ermənistan səfirliyi qarşısında keçirilən mitinqdən danışan natiq Ayhan Dəmirci və Azərbaycan Belcika Dostluq Cəmiyyəti dərnəyi burda olmasaydı, biz bu mitinqi burda bu səviyyədə kecir bilməzdik.
DAK-ın heç bir iş görməməsi məsələsinə etiraz edən Kurban təşkilat olaraq Türkiyədə xeyli iş gördüklərini, Türkiyə Böyük Millət Məclisində görüşüb, Xocalı həqiqiətlərini catdırdıqlarını, o cümlədən Ermənistanla sərhədin açılacağı məsələsi gündəmə gələrkən iki gün içində 26 min imza toplayaraq Türkiyənin baş naziri və prezidentinə təqdim etdiklərini xatırlatdı.
O, hər kəsin üzərinə düşənləri etməsi üçün səfərbər olmağı arzuladı. O, Borçalıda yaşayan türklərin də xeyli problemi olduğunu dilə gətirərək, bütün bunların həll olunması üçün addımlar atılmasının vacibliyini xatırlatdı. Bundan başqa dünyadakı azərbaycanlıların üzləşdiyi problemi mediya vasitəsiylə Azərbaycan dövlətinə çatdırılmasının əlehinə olduğunu, bir başa aidiyati qurumlarla əlaqə yaradıb, o problemləri bildirməyin cox əhəmiyyətli olduğunu qeyd etdi.
Norveçdən qurultaya qatılan Rəhmət Atabəylər qurultay iştirakçılarına müqəddəs və çətin işlərində uğurlar arzulayaraq təklif etdi ki, növbəti qurultaya qədər yeni seçilən DAK sədri və rəhbərlik 3 aydan bir görülən işlər barədə hesabat versin.
Teymur Eminbəyli də 18 ildir DAK da olduğunu, qurumda cənub-quzey ayrı-seçkiliyi etmədən normal struktur qurulmasının vacibliyini qeyd etdi.
Əhməd Obalı Amerikadan qatıldığını xatırladaraq, DAK-ın quruculuarından olduğunu, bu günə qədər heç bir iş görülmür deyilməsiylə razılaşmadığını xüsusi qeyd etdi. DAK-ın yalnız son bir neçə sədrin dövründə iş görmədiyini deyən natiq Pişəvəri dönəmindən sonra ilk dəfə DAK sayəsində BMT-də Güney məsələsinin qaldırıldığını, bunun da təşkilatın fəaliyəti sayəsində olduğunu qeyd etdi.
Çıxış edənlərdən Eldar Qaradağlı Güney və Səyavuş Yusifli Azərbaycandakı milli hərakatdan, azərbaycanlıların birlik problemindən söz açaraq, türk milətinə ayrı seckililik qoyulmamasını tövsüyə etdi.
Belçika Türk Ocaqlarının fəxri rəhbəri Rəcəb Tuncer Sarı qurultaya uğurlar dilədiyini, hər şeydən əvvəl dünya azərbaycanlılarına birlik arzuladı.
Azərbaycandan qurultaya qatılan Fatma Sofiyeva isə bütün umu-küsünü bir kənara qoyub, hansısa məmurun özbaşınalığına görə Vətəndən küsməzlər!-dedi. Əjdər Tağızadə Azərbaycan və Türkiyə hər birimizin dövlətidir, deyərək sözə başladı. O, qeyd etdi ki, işğalda olan Qarabağın səsini dünyaya çatdırmaq borcumuzdur. Unutmayaq ki, Ərdoğanın, İlham Əliyevin siyasəti əleyhinə gedənlərə həddini bildirmək də bizim iєimizdir.
İlhan Aşkında Holandiyada Azərbaycan Türk Dərnəyi başçısı olaraq DAK-ın nümayəndəsi seçildiyini, xatırladaraq söylədi ki, DAK yarananda dosta güvən, dьєmənə narahatlıq verdi.
Xəqani Qayıblı da özlərindən sonra gələn nəsillərə nümunə olmağı tövsiyə etdi. Belcika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi birlik və bərabərlik içində çalışmağı arzuladığını, gələcəyə ümüdlə baxdığını bildirdi.
Çıxışlardan sonra prosedur qaydalarına görə səsvermə keçirildi.
Azərbaycanlı iş adamı Asif Kurban DAK-ın yeni sədri, Məmməd Azər sədr müavini, Səyavuş Yusifli və İlhan Aşkın təşkilat məsulları secildilər.