Urmiyədə bəsic qüvvələri ilə əhali arasında kəskin toqquşma olub

Urmiyədə bəsic qüvvələri ilə əhali arasında kəskin toqquşma olubCümə Axşamı, 19.06.2013 01:17GünAz TV: Urmiyada rejimin bəsic qüvvələri (hökumət tərəfdarları-yarımsilahlı dəstələr) ilə əhali arasında kəskin toqquşma baş Verib.

Toqquşmaya səbəb İranın yarımsilahlı qüvvələrinin İran futbol takımının Güney Koreyanı məğlub etməsindən sonra Urmiyədə küçələrə çıxaraq “İran-İran” kimi şüarları səsləndirmələri olub.  Onların bir qrup küçə adamları ilə birlikdə əhaliyə maneələr törətdikləri Urmiyə  əhalisinin etirazına səbəb olub. Urmiyə gəncləri rejimin bəsic qüvvələrinin xoşagəlməz hərəkətlərinə qarşı “Azərbaycan var olsun, istəmiyən kor olsun” şüarı səsləndirərək onların bu hərəkətlərinə etiraz ediblər. Lakin rejimin təhlükəsizlik qüvvələri batumla (dəyənək) əhaliyə hücum edərək bəsic və küçə adamlarını himayə etməyə başlayıb.

Polis qüvvələr Xəyyam küçəsində əhaliyə qarşı göz yaçardıcı və bibər qazlarından istifadə edib. Urmiyə əhalisinin etirazları nəticəsində rejim tərəfdarları geri oturmağa məcbur olub. Tərəflər arasında yaranan qarşıdurmada hələlik xəsarət alanlar və həbslər barədə məlumat yoxdur. Ancaq aksiyaya qatılmış azərbaycanlıların fotolarının çəkildiyi və videolentə alındığı bildirilir.

əsas linklər